Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Rusiyalı politoloq: “Bu, Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”

Rusiyalı politoloq: “Bu, Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun siyasi liderləri olan Rusiya, İran və Türkiyə olmadan həll edilə bilməz. Rusiya, İran və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edə bilər”.

APA-nın xəbərinə görə, bunu Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı telejurnalist, politoloq Maksim Şevçenko deyib.

Dünyanın ciddi dəyişikliklərə hazır olduğunu vurğulayan M. Şevçenko bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasından yorulub: “Dağlıq Qarabağ münaqişəsi ona görə yaradılıb ki, gələcəkdə digər münaqişə ocaqları meydana gəlsin. Bəzən deyəndə ki, Rusiya ötən əsrin 90-cı illərində Qarabağla bağlı yanlış mövqe tutub, bu, mənim xətrimə dəyir. O vaxtlar Rusiya Vaşinqtondan idarə olunurdu. Yeltsin-Qaydar rejimi ABŞ tərəfindən yönləndirilirdi”.

Politoloq imkanlı erməni biznesmenlərinin ABŞ prezidentinə birbaşa çıxışı olduğunu da xatırladıb.

Həmçinin oxuyun

Prezident və birinci xanım Ağdam məscidində – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham …