Rusiyalı jurnalist Şevçenko: “Paşinyanın siyasətinə qarşıyam” – VİDEO

“Son axın” verilişinin sonuncu buraxılışı zamanı tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycanın Füzuli rayonuna, erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə səfərindən danışıb.

Oxu.Az Şevçenkonun bununla bağlı çıxışını təqdim edir:

“Bir müddət öncə Aleksandr Duqin məni Azərbaycana və Qarabağda münaqişə zonasına getməyə dəvət etdi – Şevçenko öz çıxışını başlayıb. – Çoxları məni qınayır, erməni oxucular hesab edir ki, mən satılmışam, mən Bakıdan pul almışam.

Birincisi, sizə and verirəm ki, mən heç bir pul almamışam. Əgər mənə pul təklif etsəydilər, oraya heç vaxt getməzdim. Azərbaycanın işğal olunmuş ərazilərində erməni ordusu görünməli idi. Əlbəttə, oraya öz torpaqlarından məcburi çıxarılmış milyonlarla azərbaycanlı qayıtmalıdır. Və bundan sonra Bakı Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr aparıla bilər.

Mənim mövqeyim heç vaxt dəyişməyib – hesab edirəm ki, Azərbaycanda yüz illər boyu yaşayan ermənilər də ora qayıtmalıdırlar. Hesab edirəm ki, Ermənistandan qovulmuş 400 min azərbaycanlı evinə qayıtmalıdır. Bu, hamı üçün faciədir. Müharibə hər kəs üçün pis seçimdir. Bunu demək üçün oraya getdim.

Hesab edirəm ki, bu rayonlar qeyd-şərtsiz azad olunmalıdır. Serj Sarkisyan yaxşı, ya pis olsa da, beş rayonun qaytarılması ilə bağlı razılığa gəlmişdi. Bu gərginliyin aradan qaldırılmasına gətirib-çıxardı…

Ancaq Sarkisyan devrildi, Paşinyan gəldi və zorakılığın artması yenidən başladı. Mən Paşinyanın siyasətinə qarşıyam. Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi siyasəti davam etməlidir. Əminəm ki, millətçi miflərlə gözlərini yummayan ermənilər məni başa düşəcəklər.

Buna görə hesab edin ki, mənim Füzuliyə səfərim simvolikdir. Mən Azərbaycan və Ermənistan xalqını sülh prosesini davam etdirməyə çağırıram. Yoxsa müharibə olacaq.

Azərbaycan ordusunun mövqelərində olanda əmin oldum ki, orada hamı müharibəyə hazırdır. Onlar öz Vətənləri üçün döyüşməyə hazırdır. Onlar hesab edir ki, vətənləri işğal olunub. Mən 20 il ermənilərin nəzarətində olan Azərbaycan qəbiristanlığında oldum. Mən məhv edilmiş və dağıdılmış qəbirlər gördüm.

Regiona sülh lazımdır. Bu, mənim mövqeyimdir. Buna görə məni təhqir edənləri Allaha tapşırıram”.

Zdrave universal kremi zdrave forte