Ana səhifə / Siyasət / Rusiyadan qorxan islamçılar ABŞ-dan kömək istədi

Rusiyadan qorxan islamçılar ABŞ-dan kömək istədi

ABŞ tərəfindən dəstəklənən Suriya üsyançıları Barak Obama administrasiyasına müraciət edərək Rusiyanın aviazərbələrindən müdafiə olunmaq üçün onlara “yer-hava” tipli raketlər verməyi xahiş ediblər.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı “The Washington Post” qəzeti yayıb.

Qəzet onu da dəqiqləşdirib ki, ABŞ-a silah xahişi ilə mötədil islamçı qruplaşmalardan sayılan “Liva sukur əl-Cəbəl”in komandanı Həsən Həcc Əli müraciət edib. O, həmçinin ABŞ-ı Rusiyaya təzyiq göstərməyə çağırıb.

“Təcəmu əl-İzza” adlı islamçı qruplaşma da ABŞ-a oxşar xahişi ilə müraciət edərək ondan silah istəyib. Bu dəstənin rəhbərlərindən olan Mustafa Moarati bildirib ki, Rusiya bombardmançıları oktyabrın 1-də onların mövqelərinə zərbələr endirib.

M.Moarati onu da əlavə edib ki, onun qruplaşması ABŞ-dan artıq idarəolunan tank əleyhinə raketlər alıb.

ABŞ hərbi dairələrindən “The Washington Post” qəzetinə bildirilib ki, Suriya islamçılarının silah yardımına dair xahişi Ağ Ev və Pentaqonda müzakirə olunur.

Xatırladaq ki, Rusiya sentyabrın 30-da Suriyaya ordu yeridib. Rusiya bombardmançıları İŞİD-in və Bəşər Əsədə qarşı çıxan digər qüvvələrin mövqelərinə sarsıdıcı aviazərbələr endirməkdə davam edirlər.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın