Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Siyasət / Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

Rusiyadakı diaspor təşkilatlarımız Jirinovskinin hədələrinə niyə reaksiya vermədi?

“Qorxu, xof səbəbindən, bir tikə çörək dalınca qaçmaları, qurduqları bizneslərinin dağılmaması və hədəfə tuş gəlməmək xatirinə Rusiyadakı diaspor təşkilatlarımız Vladimir Jirinovski kimilərinin dövlətimiz və onun rəhbəri barədə dedikləri sərsəm fikirlərə laqeyd yanaşmaqda, susmaqda davam edirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan dövləti və Prezidenti barədə səsləndirdiyi qərəzli fikirlərə bu ölkədə yaradılan çoxsaylı diaspor təşkilatlarımızın etiraz səsini qaldırmaq əvəzinə, susqunluq nümayiş etdirmələrinə münasibət bildirərkən deyib. Həmsöhbətimiz diaspor təşkilatlarının nümayəndələrini belə məsələlərdə çəkinməməyə, aktiv olmağa səsləyib: 
“Əslində diaspor təşkilatlarımız ayrı-ayrılıqda bu məsələ ilə bağlı etiraz bəyanatları səsləndiriblər. Ancaq diaspor təşkilarlarımızın rəhbərləri və nümayəndələri Rusiyada yaşadıqlarından, soydaşlarımıza qarşı əvvəllər də olan qanunsuz əməlləri gördüklərindən və azərbaycanlılara qarşı bu ölkədə yaranan qərəzli münasibət səbəbindən belə məsələlərə kəskin etiraz etməkdə müəyyən qədər çəkinirlər. Jirinovskilərə qarşı mübarizə tək Rusiyada deyil, digər ölkələrdəki diaspor təşkilatlarımızla birgə fəaliyyət nəticəsində qurulmuş kampaniya formasında aparılmalıdır”. 
İ. Ağayevin fikrincə, yaranmış bu mənzərə Rusiyadakı diaspor təşkilatlarımızda vahid koordinasiya və ümumi istiqamətin olmamasından qaynaqlanır:
“Diaspor fəaliyyəti həmçinin vətənpərvər olmağımızı da tələb edir. Rusiyada yaşayan azərbaycanlılar kifayət qədər vətənpərvərdirlər. Ancaq ümumi təşkilatlanma, koordinasiya, ümumi istiqamət olmadığından onlar da belə məsələlərə operativ və kəskin reaksiya verə bilmirlər. Rusiyadakı bu təşkilatlar bir-birini qəbul etmir, bir-biri barədə dezinformasiyalar yayırlar. Digər tərəfdən, Rusiya ilə bağlı ümumi münasibət fərqli olduğundan bu ölkədəki vətəndaşlarımız da dövlətimizə qarşı yönələn belə məsələlərə soyuqqanlı yanaşmaqda davam edirlər. Jirinovski kimi axmaqları gətirib Bakıda hörmət və izzətlə qarşılayanda onun Azərbaycana yönəlik sərsəm fikirlərinə münasibətdə də belə susqun mənzərə yaranacaqdı.
Belə məsələlər koordinasiyalı, sistemli şəkildə həyata keçməlidir. Dünya azərbaycanlılarının koordinasiyası yaradılmalıdır”.

Həmçinin oxuyun

“Onlar bizim əsəblərimizlə oynamağa çalışır” – Fəzail Ağamalı

“Erməni faşizmi üzərində 44 günlük tarixi qələbəmiz saxta Ermənistan “dövlətinə” ağır və sarsıdıcı zərbə vursa …