Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.

Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …