Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Rusiyada “Antalya” kafesi “Natalya”ya çevrildi

Rusiyada “Antalya” kafesi “Natalya”ya çevrildi

Türkiyə F-16 qırıcılarının Rusiyanın Su-24 bombardmançısını vurması ilə iki ölkənin gərginləşən münasibətləri öz təsirini az qala bütün sahələrdə göstərməyə başlayıb.

Sankt-Peterburq şəhərindəki “Antalya” kafesi də bundan öz “payını” alıb. Belə ki, Rusiyanın “şimal paytaxtı”nda fəaliyyət göstərən “Antalya” kafesinin adı bu sözdəki iki hərfin yeri əvəzlənməklə dəyişdirilib. Şəhərin Lenin prospektindəki kafe indi “Natalya” adlanır.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin iaşə müəssisəsi cəmi iki ay öncə açılıbmış. Onun sahibi Vitali Cavadov adlı Azərbaycan əsilli iş adamıdır.

“Mən milliyyətcə azərbaycanlıyam. Kafedə də əsasən Azərbaycan, ümumən Qafqaz mətbəxinə üstünlük verirəm. Bu il ailəmlə birgə Türkiyədə dincəlmişdik. Türkiyəni çox bəyəndik. Son təyyarə hadisələrinə qədər rusiyalılar Antalyanı çox sevirdilər. Biz də qərara gəldik ki, açdığımız kafeyə məşhur Antalyanın adını verək. Bizə elə gəlirdi ki, bu ad müştərilərimizin sayını artıracaq” – deyə V.Cavadov bildirib.

Cavadovlar kafeni oktyabr ayında açıb. Bundan cəmi bir ay sonra isə Su-24 fəlakəti baş verib.

“Bizə heç kim zəng vurmayıb, hər hansı göstəriş verməyib. Sadəcə günlərin birində mən özüm “A” və “N” hərflərinin yerini dəyişib “Antalya”nı “Natalya”ya çevirdim. Buna cəmi 5 dəqiqə vaxtım getdi, amma məna kökündən dəyişdi. İndi həm mənim, həm də müştərilərim üçün rahatdır” – deyə V.Cavadov əlavə edib.

V.Cavadov əlavə edib ki, kafeni reklam edən digər bannerlərdə də adı dəyişəcək.

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın