Bazar ertəsi , Sentyabr 25 2023
Ana səhifə / Siyasət / Rusiya XİN Qarabağda antiterror əməliyyatı ilə bağlı MƏLUMAT YAYDI

Rusiya XİN Qarabağda antiterror əməliyyatı ilə bağlı MƏLUMAT YAYDI

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağda lokal xarakterli antiterror əməliyyatına başlamasını elan etməsinə münasibət bildirib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə hazırda Azərbaycan tərəfi ilə təmasların getdiyini söyləyib.

“İkinci məqam isə, təmasların yekununda Rusiya XİN-in xətti ilə müvafiq bəyanat veriləcək. Xəbərdarlığa gəldikdə isə, biz Azərbaycan tərəfindən məlumat alırıq”, o deyib.

Rusiya XİN sözçüsü Ermənistan və Azərbaycan arasında sülhə razılaşdırılmış və kağız üzərində olan yol xəritələrinin həyata keçirilməsi ilə nail olmağın mümkün olduğunu söyləyib: “Vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik: razılaşmaları icra etmək və vəziyyəti təhrik etməməmək lazımdır”, – deyə Zaxarova vurğulayıb.

Həmçinin oxuyun

“Əsas odur ki, Qarabağda qalan ermənilər çox pul qazansın və yaxşı yaşasınlar”

“Hər şey insanlardan asılıdır. Mən kiminləsə mehriban da danışa bilərəm, acılaya da bilərəm. İndi iki …