Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Siyasət / Rusiya XİN Məmmədyarov və Mnatsakanyan görüşü haqda

Rusiya XİN Məmmədyarov və Mnatsakanyan görüşü haqda

“Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın qarşıdakı görüşündən effektiv nəticələr gözləyir”.

“Report” xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova təmsil etdiyi qurumun nazirlərin qarşıdakı görüşünə dair mövqeyini bildirərkən deyib.

“Belə görüş razılaşdırılarsa və keçirilərsə, həqiqətən, effektiv nəticələr və yaxşı ab-hava arzu edirik. Çünki bu görüş iki dövlətin gündəliyində olan problemlərin həlli üçün xüsusilə vacibdir”, – M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi Rusiya üçün beynəlxalq gündəmdəki ən aktual məsələlərdən biridir: “Əldə olunmuş razılaşmalar və qarşılıqlı hörmət əsasında nizamlamanın əldə olunması maraqlarımıza cavab verir. Rusiyanın problemə baza yanaşması dəyişməyib”.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu yaxınlardakı bəyanatında yaxın zamanlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinin planlaşdırıldığı qeyd olunub.

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …