Bazar , Yanvar 17 2021
Ana səhifə / Siyasət / Rusiya XİN-dən Yerevana: Özünüzdə cəsarət tapın

Rusiya XİN-dən Yerevana: Özünüzdə cəsarət tapın

Moskva inanır ki, yeni Ermənistan rəhbərliyi özündə cəsarət tapıb, ABŞ-ın təzyiqlərinə sinə gərə və müstəqil qərarlar qəbul edə biləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasin “RİA Novosti“yə müsahibəsində bildirib.

“Bu il ölkədə baş verən radikal dəyişikliklər fonunda Vaşinqtonun Ermənistanın daxili və xarici siyasətinə müdaxiləsi getdikcə daha ifrat hal alır” – deyə Karasin qeyd edib.

O, qeyd edib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistanın Amerika silahları almasını və İrana qarşı sanksiyalara tez bir zamanda qoşulmasını istəyib: “Əgər bu ABŞ-Ermənistan münasibətlərinin görünən tərəfidirsə, gör, onda pərdə arxasında nə cür “sıxma-boğmaya” salırlar”.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …