Şənbə , Fevral 4 2023
Ana səhifə / Siyasət / Rusiya XİN-dən Laçın yolu ilə bağlı açıqlama

Rusiya XİN-dən Laçın yolu ilə bağlı açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Laçın yolunda keçirilən aksiyaya münasibət bildirib.

Həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, biz Laçın dəhlizinin bağlanmasından narahatıq, bu, tərəflər arasında filiz yataqlarının işlənməsinə dair fikir ayrılıqlarından qaynaqlanır. 


Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlərdə vəziyyətin deeskalasiyası üçün fəal işləyir: “Biz yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrini bərpa etməyi səbirsizliklə gözləyirik. Onu da vurğulamaq istərdim ki, Laçın dəhlizi Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edir və Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Və Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatını imzalayarkən tərəflər üzərinə ciddi əməl edilməli olan müvafiq öhdəliklər götürüblər. Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”, – Zaxarova daha sonra bildirib.

Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyətini şərh edən Zaxarova bunları söyləyib: “Biz Rusiya sülhməramlılarına qarşı əsassız ittihamlara və təxribat xarakterli hərəkətlərə münasibət bildirməyə məcburuq. Onlar haradan gəlirsə gəlsinlər, biz onları əks məhsuldar hesab edirik. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin təminatçısı kimi çıxış edərək, üzərinə düşən vəzifələri səmərəli şəkildə yerinə yetirir”.

Göründüyü kimi, Rusiya XİN təmsilçisi də Rusiya Müdafiə Nazirliyinin “yolunu gedərək” ənənəvi yanlışlıqlara yol verir: “Dağlıq Qarabağ”, “Laçın dəhlizi” ifadələrindən istifadə etməklə və yolun bağlanmasının məsuliyyətini Rusiya sülhməramlılarının üzərindən atmaqla…
Azərbaycan rəsmən bəyan edib ki, yolu Rusiya sülhməramlıları bağlayıb, hətta erməni mənbələri də bunu təsdiq edən foto-video faktları tirajlayırlar…

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …