Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Siyasət / Rusiya xarici işlər nazirinin keçmiş müavini: “Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir”

Rusiya xarici işlər nazirinin keçmiş müavini: “Azərbaycanın Zuyevə aqreman verməməsi fövqəladə hadisədir”

Azərbaycanın Georgi Zuyevin Rusiyanın Bakıdakı səfiri vəzifəsinə namizədliyini rədd etməsini fövqəladə vəziyyət hesab etmək olar. Bunu “Exo Moskvı” radiosuna RF xarici işlər nazirinin keçmiş müavini, Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr institutunun aparıcı elmi işçisi Georgi Kunadze deyib.

“Bu kifayət qədər nadir hadisədir. Başqa bir dövlətin səfirinə aqremanın verilməməsi, deyərdim ki, fövqəladə hadisədir”, – o qeyd edib.

Onun sözlərinə görə, adətən, ölkələr belə vəziyyətlərdən qaçmaq üçün bütün yollara əl atırlar. “Bəlkə heç kimin ağlına da gəlməyib kiş Azərbaycan etiraz edə bilər”, – Kunadze əlavə edib.

Ekspert bildirib ki, belə bir vəzifəyə namizədin seçilməsi uzun müddət tələb edə bilər.

Həmçinin oxuyun

Sergey Lavrov Bakıdadır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gəlib. Belə ki, Lavrov 10-11 may tarixlərində …