Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / Rusiya-Ukrayna arasında son vəziyyət: hadisələr necə davam edəcək? – ŞƏRH

Rusiya-Ukrayna arasında son vəziyyət: hadisələr necə davam edəcək? – ŞƏRH

“Hazırda ən zəruri məsələ hərbi əməliyyatların dayandırılmasıdır. Bu istiqamətdə bütün dünya öz səylərini birləşdirməlidir”.
Bu fikirləri Bakupost.az -a millət vəkili Asim Mollazadə Rusiya-Ukrayna müharibəsində son vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə NATO və ABŞ Rusiya ilə hərbi münaqişə istəmir, çünki bu dünya üçün fəlakət olar:
“Ukraynada vəziyyət çox ağırdır. Çünki hamı çox gözəl xatırlayır ki, Vətən Müharibəsində ermənilər mülki əhalini hədəf alaraq Gəncəyə, Tərtərə, Bərdəyə raketlər atmışdılar. Bunları yaşadığımız üçün bizim yalnız bir istəyimiz var, o da hərbi əməliyyatların dayandırılmasıdır. Bütün proseslərin məhz sülh, danışıqlar yolu ilə həll olunmasını istəyirik.
Millət vəkili hazırda Ukraynadakı vəziyyət barədə də danışıb:
“Ukarynada ən ağır vəziyyət şəhərlərdə mülki əhaliyə qarşı olan bombaların atılmasıdır ki, bu da bütün dünya tərəfindən pislənir. Ukraynaya real hərbi dəstəyin olmaması isə aydın məsələdir, nə NATO ölkələri, nə də ABŞ bilavasitə Rusiya ilə hərbi münaqişəni istəyir. Çünki bunun çox ağır, dünya üçün böyük fəsadları ola bilər. Müharibənin bütün ağırlığı ən çox günahsız insanların üzərinə düşür. Mənə elə gəlir ki, hazırda ən zəruri məsələ hərbi əməliyyatların dayandırılmasıdır. Bu istiqamətdə bütün dünya öz səylərini birləşdirməlidir.
Mollazadə Ukraynada yaşanan humanitar böhrana Azərbaycanın yardım əli uzatmasını da vurğulayıb:
“Azərbaycan xalqı öz tarixində bu cür faciələrlə üzləşdiyindən Ukrayna xalqının ağrısını bölüşür. Azərbaycan Ukraynaya həm dövlət, həm də xalq səviyyəsində humanitar dəstək verir. Rəsmi Bakı danışıqlar üçün öz vasitəçiliyini də təklif edib”.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …