Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Rusiya Türkiyəyə deyə bilmədiklərini Suriyaya dedizdirir”

“Rusiya Türkiyəyə deyə bilmədiklərini Suriyaya dedizdirir”

Türkiyənin Afrin zonasında həyata keçirəcəyi hərbi əməliyyatlar Suriya hökumətinin ciddi narahatlığına səbəb olub. Sərhəddi keçən türk təyyarələrinin vurulacağını bildirən Əsəd rejimi, Afrin yaxınlığında da mərkəzi ordu birləşmələri cəmləşdirməkdədir.

Maraqlıdır, Suriya daxilinə nəzarət edə bilməyən, ölkəni beynəlxalq güclərin savaş poliqonuna çevirən Əsəd rejimi, Türkiyəyə meydan oxumaq cəsarətini hardan alır? Doğrudanmı Afrin hücumu Suriya-Türkiyə müharibəsini tətikləyə bilər?

Moderator.az -a açıqlama verən politoloq Arzu Nağıyev bu bəyanatların arxasında Rusiyanın dayandığını bildirib:

“Düşünürəm ki, Suriyanı belə danışmağa vadar edən Rusiyadır. Çünki Rusiya birbaşa Türkiyəyə hər hansı xəbərdarlıq edə bilmir. Məhz buna görə də Suriyadakı hərbi potensialından Bəşər Əsəd rejiminin istifadəsi üçün imkan yaradır.

Bildiyiniz kimi, Türkiyə həm İŞİD-ə, həm də Əsəd rejiminə qarşı aparılan mübarizəni dəstəkləyib. Türkiyə çalışır ki, Afrion istiqamətində PYD və PKK qalmasın. Çünki bu, Türkiyənin dövlət olaraq maraqlarına cavab vermir. Türkiyə öz sərhədləri yaxınlığındakı problemi həll etmək üçün bir sıra bəyanatlar səsləndirdi, öz mövqeyini açıq şəkildə ortaya qoydu. Suriyanın isə əsas məqsədi ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun Türkiyəni bu bölgəyə yaxınlaşmağa qoymasın. ABŞ isə öz növbəsində İŞİD-lə mübarizə adı altında öz marağına uyğun olaraq bəzi qüvvələri silahlandırır və onlardan istifadə edəcəyi ilə bağlı bəyanat səsləndirir. Türkiyə isə öz təhlükəsizliyini təmin etmək üçün bufer zonanın yaradılmasına çalışır. Baş verənlərin əsl mahiyyəti bundan ibarətdir”.

Həmçinin oxuyun

YAP Rusiyaya etiraz məktubu yolladı

Yeni Azərbaycan Partiyası (YAP) Rusiya Dövlət Dumasının üzvü V. Milonovun Azərbaycana qarşı qərəzli çıxışları ilə …