Cümə , Dekabr 9 2022
Ana səhifə / Siyasət / “Rusiya tərəfinə konkret iradlar bildirilməlidir” – AMİP

“Rusiya tərəfinə konkret iradlar bildirilməlidir” – AMİP

AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ BƏYANATI

Sosial şəbəkələrdə yayılmış və özündə ermənilərin azərbaycanlılara məxsus məzar daşlarını yük avtomobilinin köməyilə dağıtmaları əks olunan kadrlar hər birimizi hiddətləndirir. Tarix boyu azərbaycanlılara qarşı saysız-hesabsız terror, soyqırım, vəhşiliklər törətmiş ermənilər tərəfindən insanlıq əleyhinə cinayətlər hələ də davam edir.
Edilli kəndində bir-birinin ardınca tapılan və Azərbaycan əsgərlərinin cəsədləri aşkar edilən kütləvi məzarlıqlar, Xocalı soyqırımı, 44 günlük Vətən savaşı zamanı cəbhə zonasından xeyli aralı yerləşən şəhər və kəndlərimizin, mülki obyektlərin raket zərbələrinə tutulması, həmin terror hadisələri zamanı uşaq, qadın, yaşlı demədən 90 dinc sakinimizin həyatını itirməsi, 392 mülki vətəndaşımızın yaralanması, müharibəni başa çatmasından sonra ərazilərimizdə basdırılmış bir milyondan artıq minalara görə 245 insanımızın həlak olması və ya ağır yaralanması kimi cinayətlərin ardınca indi də məzarlıqlarımızın hədəf alınması misilsiz vəhşilikdir.
Bu vandalism aktının Rusiya sülhmərazmlılarının nəzarət zonasında baş verməsi isə təkcə erməni vəhşiliyinin sübutu deyil, həm də “sülhməramlı” adı daşıyan hərbi kontingentin öz vəzifələrinin öhdəsindən gələ bilməməsi və ya gəlmək istəməməsinin göstəricisidir.
Azərbaycan Milli İstiqlal Partiyası bütün bu baş verənləri insanlıq əleyhinə ciayət olaraq qəbul edir və Azərbaycan hökumətindən təxirəsalınmaz konkret addımlar atılmasını tələb edir. AMİP olaraq hesab edirik ki, baş vermiş faktla bağlı dərhal müvafiq dövlət qurumlarımız tərəfindən cinayət işinin başlanılması həyata keçirilməli və eyni zamanda Rusiya tərəfinə konkret iradlar bildirilməlidir.

Həmçinin oxuyun

“Müdrik qardaşım Patriarx Kirillə Azərbaycan xalqı adından minnətdarlığımı ifadə edirəm” – QMİ sədri

30 illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, …