Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / Rusiya Qarabağdakı sülhməramlıları Ukraynaya göndərir?

Rusiya Qarabağdakı sülhməramlıları Ukraynaya göndərir?

Rusiya-Ukrayna müharibəsində ikincinin xeyrinə dönüş baş verib. Ukrayna ordusunun cəbhədə nəzərəçarpan üstünlük qazanması Moskvanı çıxılmaz vəziyyətdə qoyub. Rusiyanın işğal etdiyi ərazilərin böyük bir hissəsindən geri çəkilməsi bölgədə yeni situasiya yaradıb. Hətta çətin günlər yaşayan Rusiyanın Qarabağdakı sülhməramlıları geri çağıraraq Ukraynaya göndərəcəyinə dair xəbərlər də yayılıb. 

Bu xəbərlərin əsası varmı? Qarabağdakı rus sülhməramlılarının bölgəni vaxtından əvvəl tərk etməsi mümkündürmü?

Hərbi ekspert Elçin Şıxəliyev mövzuya münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında deyib ki, bu, sıravi insanların arzusudur:

“Sülhməramlılar Azərbaycandan çıxarılmayacaq. Ola bilsin ki, müəyyən qismi Rusiyaya geri qayıtsın. Lakin Qarabağdakı mövcudluqlarını itirməyəcəklər. Sülhməramlıların Qarabağdan çıxarılması ehtimalı Rusiyanın məğlub olmasına bağlıdır. Əgər Rusiya-Ukrayna müharibəsində məğlub tərəf Rusiya olarsa, sülhməramlıların Qarabağdan tamamilə çıxması mümkün ola bilər”.

Həmçinin oxuyun

Kreml Azərbaycan və Ermənistana sülh üçün təkliflər verib – Zaxarova

Rusiya Azərbaycan və Ermənistana sülh müqaviləsinin bağlanması ilə bağlı “hərtərəfli təkliflərini” verib. Bu barədə Rusiya …