Çərşənbə , Mart 29 2023
Ana səhifə / Siyasət / “Rusiya ilə Ukrayna arasında 10 raund görüş keçirilsə də, real nəticə olmayacaq”

“Rusiya ilə Ukrayna arasında 10 raund görüş keçirilsə də, real nəticə olmayacaq”

“Rusiya ilə Ukrayna arasında 10 raund görüş keçirilsə də, indiki şərtlər daxilində real nəticə olmayacaq. Çünki Kreml Ukraynanın əllərini qaldırıb təslim olmasını – Krım və Donbasın “müstəqilliklərini” tanımasını, silahsızlaşdırılmasını və neytral statusunu elan etməsini tələb edir”.

Bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, danışıqlar davam etdiyi müddətdə Rusiyanın işğalçı ordusu Kiyevə yaxın şəhərləri bombalayıb: “Tərəflərin ikinci görüşündən sonra mülki əhalinin çıxması üçün şəhərlərdə koridorların açılması nəzərdə tutlmuşdu. Kreml bütün koridorların Rusiya ərazisinə uzanmasını istəyib. Evi dağılan, doğmasını itirən, işsiz qalan ukraynalı hansı məntiqlə işğalçı ölkənin ərazisinə keçməlidir? Ukraynanın şəhərlərində küçə döyüşləri gedir, işğalçılar tanımadıqları ərazidə pusquya düşürlər. Təslim olan rusiyalı hərbçilərin sayı o qədər artıb ki, Ukraynada onlar üçün bir neçə düşərgə salınması gərəkəcək”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, formal parlament hakimiyyətindən bu gedişlə əsər-əlamət qalmayacaq”

Məlumata görə, Nikol Paşinyanın müxtəlif vaxtlarda tirajladığı konstitusiya dəyişiklikləri paketi ilə bağlı yeni proseslər gedir. …