Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / “Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”

“Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”

“Rusiya ilə Azərbaycan arasında münasibətlər ən yüksək səviyyədədir”.

APA-nın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Muraşov deyib.

O bildirib ki, ölkələrimiz strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir: “Biz hazırda əməkdaşlıq üzrə mövcud olan və reallaşdırılan xəttin davam edəcəyinə inanırıq. İki ölkə prezidentləri arasında münasibətləri yüksək qiymətləndiririk”.

Diplomat bildirib ki, bu il Rusiyada Rusiya Azərbaycan hökumətlərarası komissiyanın iclası olacaq.

O, bu il iki ölkədə prezident seçkilərinin keçiriləcəyini də xatırladıb: “Biz inanırıq ki, həm Rusiya, həm də Azərbaycan seçiciləri düzgün seçim edəcəklər”.

Həmçinin oxuyun

“Görüşlərimiz faydalı oldu” – Ceyhun Bayramov

Rəsmi olaraq ABŞ-ın Dövlət katibi Mayk Pompeonun dəvəti ilə Birləşmiş Ştatlar həmkarlarımla birlikdə səfər etdim. …