Rusiya Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatları dayandırmaq və vəziyyəti sabitləşdirmək üçün artıq bir sıra addımlar atıb.
Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Rusiya Erməniləri Birliyinin prezidenti Ara Abramyanla görüşündə deyib.”Rusiya bölgədə sülh və təhlükəsizlikdə maraqlı olan bir ölkə kimi artıq Ermənistan-Azərbaycan sərhədindəki hərbi əməliyyatlara son qoymağa və vəziyyəti sabitləşdirməyə yönəlmiş bir sıra addımlar atıb”, – deyə Lavrov bildirib.