Ana səhifə / Siyasət / “Rusiya Ermənistan-Azərbaycan danışıqlarında qəbuledilməz təkliflər edir” – Britaniyalı səfir

“Rusiya Ermənistan-Azərbaycan danışıqlarında qəbuledilməz təkliflər edir” – Britaniyalı səfir

Ermənistan-Azərbaycan danışıqları çərçivəsində Rusiya qəbuledilməz variantlar təklif edir”.

Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallager martın 20-də İrəvan və Bakı arasında aparılan danışıqları şərh edərkən deyib.

“Ancaq sülh prosesi gedir. Böyük Britaniya hər iki ölkəyə dəstək verməyə hazırdır ki, onlar konstruktiv şəkildə hər iki tərəf üçün məqbul həllər tapsınlar”, – o qeyd edib.

Qallager bildirib ki, tərəflər arasında dialoqu dəstəkləmək və sülhü təmin etmək lazımdır:

“Hansı platformanın daha effektiv olması ilə bağlı suallar ola bilər, lakin buna tərəflər qərar verməlidir. Qərbin, o cümlədən ABŞ-nin prosesdə iştirakı kifayət qədər aktiv olub”.

Həmçinin oxuyun

Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir. Bu barədə …