Çərşənbə , İyul 6 2022
Ana səhifə / Siyasət / Rusiya dövlətinin dövlətçilik fəlsəfəsi imperiya niyyətləri üzərində qurulub – Elşad Musayev

Rusiya dövlətinin dövlətçilik fəlsəfəsi imperiya niyyətləri üzərində qurulub – Elşad Musayev

Rusiyanın Yabloko partiasının qurucusu Yavlinski bu günlərdə verdiyi müsahibədə Putini diktator, avtoritar lider adlandırır və Rusiyanın Ukraynaya hərbi təcavüzünü məhz Putinin başlatdığını deyir.Jurnalist israrla bir fikir var, Qərb Putini müharibəyə başlamağa təhrik edib -deyə soruşur ki, sizdə belə informasiya varmı, siz də beləmi düşünürsünüz?

Yavlinski də açıq-aşkar Qərbin müharibəni başlamaq üçün Putini heç bir halda təhrik etmədiyini, bu müharibənin mövcud antidemokratik Rusiya siyasi sisteminin mahiyyəti səbəbindən onun başında duran avtoritar Putin tərəfindən başladıldığını deyir. Putinin məşhur məqaləsindən sitat gətirir. Bir il bundan əvvəl elə özünün də Rusiyanın Ukraynaya hücum edəcəyindən xəbərdar olduğunu eyhamla bildirir.Xakamada da müsahibəsində bir il bundan əvvəl müharibənin başlaması ilə bağlı informasiyası olduğunu söyləmişdi.

Yəni, aydın görünür ki, Rusiya yalnız Krımı, Donbası deyil bütövlükdə Ukraynanı, onun böyük hissəsini işğal etməyi uzun müddət planlaşdırıb, hazırlıq işləri görüb, hətta müxalif siyasətçiləri, siyasi partiya rəhbərlərini xəbərdar edib, tabe olmayan Navalnı kimiləri həbsə, daha barışmaz Nemtsov kimiləri o dünyaya göndərib. Qəribədir ki, Azərbaycanda bir sıra partiya sədrləri, sədr müavinləri, media təmsilçiləri, politoloqlar və araşdırmaçılar hələ də israrla təkid edirlər ki, Putinin, Rusiyanın heç bir günahı yoxdur, əgər Qərb Zelenskini aldatmasaydı müharibə də olmazdı. Az bir qisim də var ki, bunlar sadəcə axına qarşı üzməyi sevirlər, bütün dünya Putini və Rusiyanı ittiham etdiyi üçün bunlar da tərsləşərək məhz Putini və Rusiyanı müdafiə edirlər.

Bir dəfəlik bilməliyik ki, Rusiya dövlətinin dövlətçilik fəlsəfəsi məhz işğalın, əraziləri genişləndirməyin və imperiya niyyətlərinin üzərində qurulub. Putin də sadəcə bu işğalçılıq siyasətini həyata keçirir.Rusiya işğalçı, Ukrayna isə işğala məruz qalan ölkədir, Ukraynada insanlıq əleyhinə çinayət törədilir, ukrayna xalqına qarşı soyqırım törədilir.

Belə olan halda işğalçını müdafiə edənə nə ad verəsən? Bəli, Azərbaycanda 5-ci kolon fəaliyyətini davam etdirir…

Elşad Musayev, Böyük Azərbaycan Partiyası sədri

Həmçinin oxuyun

“İstəyirsən, yetim-yesirin pensiyasını kəs ver ermənilərə…”

Müharibənin baş çatmasından ilyarımdan çox vaxt keçir. Lakin bu müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh …