Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Siyasət / Rusiya Dağlıq Qarabağın statusu məsələsini niyə qaldırmadı? (ŞƏRH)

Rusiya Dağlıq Qarabağın statusu məsələsini niyə qaldırmadı? (ŞƏRH)

“Status məsələsi mübahisəlidir, tərəflərin mövqeyi bəllidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Onun sözlərinə görə, indiki mərhələdə həlli və razılaşdırılması mümkün olmayan məsələlər sonraya təxirə salınır:
“İlk növbədə isə barəsində razılıq əldə edilə bilən məsələlər müzakir edilib. Məsələn, nəqliyyat, humantar məsələlər və s. Ola bilər ki, nə vaxtsa status məsələsi müzakirə olunsun. Amma Azərbaycan tərəfinin status məsələsinə münasibətini İlham Əliyev qəti şəkidə bəyan etdi və dedi ki, status olmayacaq”.
Zərdüşt Əlizadə qeyd edib ki, vasitəçilik missiyasından qazanc götürən, bölgədə nüfuza sahib olmağa çalışan Avropa dövlətləri status məsələsinin müzakirə edilməsinin vacibliyini deyirlər:
“Amma bütün bunlara baxmayaraq, Azərbaycan topaq sahibi kimi deyir ki, heç bir status olmayacaq. Onlar istəyir ki, köhnə məsələni diritsinlər, bu barədə danışırlar. Paşinyana status məsələsi ona görə lazımdır ki, erməni cəmiyyətində mövqeyi çox zəifdir. Onu devirmək, hakimiyyətdən kənarlaşdırmaq istəyirlər”.
Qeyd edək ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında Dağlıq Qarabağın statusu ilə bağlı açıqlama verib. O bildirib ki, Dağlıq Qarabağ statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. “Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir” deyə nazir bildirib.

Həmçinin oxuyun

“Laçın dəhlizinin Ermənistan-Azərbaycan sərhədinə baxan ağzını bağlamalıyıq”

Rusiya sülhməramlılarının vaxtaşırı sərgilədiyi davranışlar Azərbaycan ictimaiyyəti tərəfindən narazlıqla qarşılanır. Növbəti dəfə sülhməramlı kontingentin hərbçilərinin …