Cümə axşamı , Mart 4 2021
Ana səhifə / Siyasət / “Rusiya birtərəfli hərəkət edə bilməyəcək…” – Ekspert

“Rusiya birtərəfli hərəkət edə bilməyəcək…” – Ekspert

Bu gün – yanvarın 30-da Qarabağda atəşkəs rejiminə nəzarət üzrə Rusiya-Türkiyə monitorinq mərkəzi fəaliyyətə başlayIb. Mərkəzin yaradılması ötən il Azərbaycan və Ermənistan arasındakı müharibəni bitirən 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapıb.

Bəs, Mərkəz hansı işi yerinə yetirəcək və onun səlahiyyətləri, funksiyaları nədən ibarət olacaq?

Siyasi təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, atəşkəsə nəzarət mərkəzində türkiyəlilərin təmsil olunması faktı, yaxşı haldır: “Bu, o deməkdir ki, Rusiya həmin struktur daxilində birtərəfli qaydada hərəkət edə bilməyəcək və Türkiyə də prosesin içindədir. Amma nəzərə almaq lazımdır ki, bu Mərkəz texniki strukturdur və siyasi sahədə səlahiyyətləri yoxdur. Türkiyənin rolunu gücləndirən amil onun bu Mərkəzdə təmsil olunması yox, Azərbaycanla sıx əməkdaşlığı və müttəfiqliyidir.

Rusiya tərəfi də bu faktorla müəyyən qədər hesablaşır. Digər yandan, Moskvanın uzağa gedən strateji məqsədləri də var. Sirr deyil ki, Rusiya Ərdoğan hökumətinin Qərblə münasibətlərinin gedişini çox diqqətlə izləyir və tərəflər arasında narazılığın dərinləşməsində, son nəticədə Türkiyənin Qərbdən qopmasında maraqlıdır.

Putin Ərdoğanın bölgədə ABŞ-la bərabər deyil, müstəqil hərəkət etməsini bəyənir və bunu yüksək qiymətləndirir. Məhz bu səbəblə, Rusiya və Türkiyənin dövlət maraqları Cənubi Qafqazda toqquşsa da, Moskva Ankaranın aktivliyinə dözümlü yanaşır, hətta buna ehtiyatla da olsa, şərait yaratmaqla Türkiyəni Avrasiya xəttinə yönəlməyə təşviq edir”.

Həmçinin oxuyun

YAP-ın yeni icra katibi kim ola bilər?

Sfera.az-a daxil olan məlumata görə, Mübariz Qurbanlı YAP-ın icra katibi vəzifəsində Əli Əhmədovu əvəzləyəcək. Hal-hazırda …