Çərşənbə , İyun 19 2019
Ana səhifə / Siyasət / “Rusiya-Azərbaycan münasibətləri təhlükəsizliyin əsasıdır” – Savelyev

“Rusiya-Azərbaycan münasibətləri təhlükəsizliyin əsasıdır” – Savelyev

Sentyabrın 1-də Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin inkişafında olduqca mühüm mərhələdir. Göz qabağındadır ki, iki dövlətin liderləri arasında şəxsi səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir.
Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev AzərTAc-a müsahibəsində deyib.

O qeyd edib ki, ölkələrimiz arasında əmtəə mübadiləsinin artması xarici iqtisadi qarşılıqlı əlaqələrin inkişafının böyük potensialını nümayiş etdirir. Bu yaxınlarda Xəzərin hüquqi statusu haqqında qəbul edilmiş Konvensiya birgə müəssisələrin yaradılması, birgə layihələrin icrası üçün yeni imkanlar açıb.

“Siyasi zəmin də çox vacibdir – olduqca mürəkkəb xarici siyasi şəraitdə biləndə ki, böhranlı vəziyyətdə qardaş xalqlar hər zaman çiyin-çiyinə duracaq, onda kollektiv Qərb tərəfdən xarici təzyiqə qarşı müqavimət göstərmək xeyli asan olur. Rusiya ilə Azərbaycan arasında sarsılmaz münasibətlər bütün regionda təhlükəsizliyin əsasıdır. Buna görə də bu məsələ prezidentlərin Soçi görüşündə diqqət mərkəzində idi”, – deyə rusiyalı deputat bildirib.

Həmçinin oxuyun

“ELÇİBƏY BAŞ NAZİRLİYİ TƏKLİF ETDİ, RAZILAŞDIM…” – “Amma axşam Bakını tərk etdi…”

1993-cü ilin bugünlərində Azərbaycanda baş verən ziddiyyətli olaylarda üzdə olan fiqurlardan biri də AMİP lideri …