Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Rusiya Azərbaycan ərazilərində RLS tikməyəcək

Rusiya Azərbaycan ərazilərində RLS tikməyəcək

ANS PRESS- in məlumatına görə bu açıqlamanı Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk edib.

Onun sözlərinə görə Azərbaycanın Qəbələ rayonu ərazisdində yerləşən “Dəryal” tipli RLS-ın yerində “Voronej” tipli stansiyasının tikintisi gözlənilmir. Nesteçuk bu cür stansiyaların Rusiyadan kənarda yerləşməsini məqsədəuyğun hesab etmir. “Hesab edirəm ki milli sistem vasitələri Rusiya Federasiyası ərazisində yerləşməlidirlər və qoyulan vəzifələri tam zəmanətlə icra etməlidirlər.”

Nesteçuk hazırda Rusiya hüdudlarından kənarda “Dnepr” tipli RLS-in Qazaxıstanda ,“Volqa” tipli RLS-in Belarusda yerləşdiyini xatırladaraq deyib ki, artıq bu strateji istiqamətlərdə də Raket Hücumundan Xəbərdarlıq Sisteminin (RHXS) vəzifələrini icra etmək üçün onların artıq bu ərazilərdəki stansiyaları əvəz edə biləcək vasitələri var.

“Voronej” tipli RLS-i ballistik, kosmik və aerodinamik obyektləri o cümlədən ballistik və qanadlı raketləri aşkar etməyə qadirdir.

Qəbələdə yerləşən “Dəryal” RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. 1985-ci ildə istismara verilən stansiyanın texniki parametrlərinə görə dünyada analoqu yoxdur.

6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadir olan “Dəryal” tipli stansiya, İran,Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanıAvstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verirdi.


“Daryal” tipli Qəbələ RLS-in nəzarət sahəsi

SSRİ-nin süqutundan sonra stansiya Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verib. Stansiyada 1400 Rusiya hərbiçisi qulluq edirdi.

2011-ci ilin iyununda xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan tərəfinin Qəbələ RLS-in icarə qiymətini artıra biləcəyi haqda danışıb. Onun sözlərinə görə, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbindən icarə haqqı da artırılmalıdır.


Araz Əzimov – xarici işlər nazirinin müavini

10 dekabr 2012-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi bəyanata görə Rusiya RLS-in istismarını həmin gün dayandırıb.

İstismarın dayanmasının səbəbi tərəflərin stansiyanın icarə müqaviləsinin uzadılması barədə şərtlərdə razılaşma əldə edə bilməməsi olub.


Daryal tipli Peçora RLS-nin (Rusiya) sxemi

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın