Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / “Rusiya “ayır-vur” siyasətini həyata keçirir” – Zərdüşt Əlizadə

“Rusiya “ayır-vur” siyasətini həyata keçirir” – Zərdüşt Əlizadə

“Rusiya Azərbaycan və Ermənistan liderlərinə gələcəyi özü gördüyü kimi hərəkət etdirməyə sövq etmək istəyir. Yəni, hər iki dövlət başçısı elə etsin ki, Rusiyanın təsir imkanları məhdudlaşmasın və hər iki ölkə Rusiyadan asılı vəziyyətdə qalsın”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq bunun çıxış yolunun olduğunu da qeyd edib: “Bunun çıxış yolu yalnız ondan ibarətdir ki, Azərbaycan-Ermənistan rəhbərləri öz aralarında ümumi hər hansı bir razılığa gəlməli və ortaya birgə mövqe qoymalıdırlar. Ondan sonra Rusiya heç nə edə bilməyəcək. Amma indi Rusiya “ayır-vur” siyasətini həyata keçirir. Yəni, Ermənistanın əliylə bizi, bizim əlimizlə Ermənistanı vura-vura öz istəklərinə nail olmağa çalışır. Bütün hər şey hər iki dövlət başçısının siyasi iradəsindən asılıdır. Əgər siyasi iradə ortaya qoyub mövqelərini uyğunlaşdırsalar və vahid cəbhədə çıxış etsələr, Rusiyanın “ayır-vur” siyasəti iflasa uğrayacaq”.

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …