Cümə axşamı , May 26 2022
Ana səhifə / Siyasət / Rus politoloq azərbaycanlı jurnalisti hədələdi: “Ukraynalılardan sonra…”

Rus politoloq azərbaycanlı jurnalisti hədələdi: “Ukraynalılardan sonra…”

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan mediasını və jurnalistlərimizi hədəf alıb. Rusiyalı politoloqu narazı salan məqam Azərbaycan KİV-lərinin Ukraynadakı müharibə ilə bağlı xəbərlərə Rusiya mediasına istinad etməməsidir.
II Qarabağ müharibəsi zamanı Ermənistanı tənqid etməklə bəzi azərbaycanlıların sevimlisinə çevrilən Kuznetsov indi əksini edir: o azərbaycanlılardan hesab sormağa başlayıb.

Bakupost.az xəbər verir ki, Oleq Kuznetsov bu günlərdə “Facebook”da azərbaycanlılara növbəti dəfə böhtan atmaqla özünə qarşı hiddət yaradıb.

Belə ki, o, sosial şəbəkədəki qeydində bildirib ki, Bakıdakı kafelərdə rusdilli müştərilərdən pasport tələb olunmağa başlayıb.

Azərbaycanlı jurnalist Aida Eyvazlı isə elə Facebook-da Oleq Kuznetsova etiraz edib. A.Eyvazlı rusiyalı politoloqun qeydinə şərh yazaraq bildirib ki, əgər azərbaycanlılara atdığı böhtanı sübut etməsə, onu məhkəməyə verəcək.

Bundan hiddətlənən Oleq Kuznetsov azərbaycanlı jurnalisti hədələyib.

“Aida Eyvazlı, mən mütləq bu sözləri sənə ukraynalı nasistlərin rəhbərləri və rusofobların məhkəməsindən sonra xatırladacam”, – deyə Kuznetsov hiddətini biruzə verib.

Aida Eyvazlı isə ona “yaşayarıq, görərik” deyə cavab verib.

Rus politoloq azərbaycanlı jurnalisti hədələdi: “Ukraynalılardan sonra...”

Həmçinin oxuyun

Fərid Qayıbov Azad Rəhimovun qaynını işdən çıxardı – FOTO

Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov işdən çıxarılıb. Fərid Qayıbovun əmri ilə onun yerinə …