Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Rus nazir: “Azərbaycanla sərhəddə hər maşından 500 dollar alırlar”

Rus nazir: “Azərbaycanla sərhəddə hər maşından 500 dollar alırlar”

Rusiyanın nəqliyyat naziri Maksim Sokolov ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatınən Ufada keçirilən sammitində sanksiyaların götürülməsindən sonra Xəzər dənizi üzərindən İranla bərə yükdaşımalarının təşkilinə hazırlaşdıqlarını deyib.
Virtualaz.org saytı Rusiyanın nəqliyyat və logistika üzrə ixtisaslaşmış logirus.ru portalına istinadən xəbər verir ki, M.Sokolov İrandan yüklərin bərə ilə Həştərxana, yaxud Volqa çayı ilə Tatarıstanın Sviyajk logistika kompleksinə daşına biləcəyini deyib.
Lakin Rusiyanın “TransAziya-Rus” nəqliyyat şirkətinin inkişaf üzrə direktoru Arkadi İvanov hesab edir ki, İranla Rusiya arasında bərə yükdaşımalarının təşkili üçün rəqabət mühiti olmalıdır.
Maksim Sokolov
O, qeyd edib ki, bundan əvvəl İranla bərə yükdaşımaları marşrutu işləyib, ancaq yüksək tariflərə görə müştərilər bu dəhlizdən istifadəni dayandırıblar. Çünki yükdaşımalarla ancaq İranın inhisarçı şirkəti – “Xazar Shipping Company” məşğul olurdu.
Arkadi İvanov deyib ki, İranla bərə yükdaşımalarının dayanmasının günahını sanksiyaların üzərinə atmaq lazım deyil.
“Bunun üçün kifayətdir ki, ora 20 Rusiya yük gəmisi, iki refrejator gəmisi, 1000 konteyner göndərəsən. Və yüklər indi fəaliyyətdə olan və Azərbaycandan keçən avtomobil dəhlizi ilə yox, Xəzər dənizi üzərindən daşınacaq. Azərbaycan gömrüyündə hər maşından girəndə və çıxanda gömrük 500 dollar alır. Dəqiqləşdirirəm: bu, rusiyalı yük göndərənlərin və alanların cibindən gedir” – Arkadi İvanov deyib

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın