Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Rus milyarderin Şuşadakı mətbuat konfransı təxribatdır”

“Rus milyarderin Şuşadakı mətbuat konfransı təxribatdır”

“Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan şəhəri olan Şuşada mətbuat konfransının keçirilməsi barəsində German Sterliqov tərəfindən verilən açıqlama təxribatçı addımdır”.

Bunu qalmaqallı rusiyalı milyarder, bu yaxınlarda ailəsi ilə birgə işğal altındakı Qarabağa köçən G.Sterliqovun iyulun 13-də Şuşada mətbuat konfransı keçirəcəyi barədəki bəyanatını virtualaz.org saytına şərh edən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan XİN qanun pozuntusuna yol verərək Azərbaycanın işğal ərazilərində yerləşən Sterliqov adlı şəxsin bu təxribatçı çağırışının təsiri altına düşməmək barədə xəbərdar etmək istərdi.

Hansı hallarda xarici KİV nümayəndələrinin Azərbaycanın işğal altında olan ərazilərinə necə səfər edə biləcəyi və bu günlərdə İrlandiya jurnalistinin bu kimi səfəri barədə sualı cavablandıran H.Hacıyev deyib: “Ümumiyyətlə, peşəkar jurnalist fəaliyyətini həyata keçirmək üçün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etmək niyyətində olan KİV nümayəndələri səfər üçün icazə almaq məqsədilə əvvəlcədən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi məktubla müraciət etməlidir. Azərbaycan Respublikasının KİV haqqında qanununa uyğun olaraq, Azərbaycan Respublikası ərazisində xarici KİV nümayəndələrinin akkreditasiyası XİN tərəfindən həyata keçirilir. Məsələn, “Nyu-York Times” qəzetinin əməkdaşları belə bir müraciətlə çıxış etmiş və Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında onlar işğal olunmuş ərazilərə səfər etmişdilər. XİN tərəfindən xarici KİV nümayəndələrinə verilən akkreditasiya kartı Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə xarici KİV nümayəndəsinin fəaliyyətinə icazə verən yeganə qanuni sənəddir. Əvvəlcədən müraciət etmədən və müvafiq akkreditasiya kartı almadan xarici KİV nümayəndəsinin işğal olunmuş ərazilərə səfəri qeyri-qanunidir və bununla əlaqədar müvafiq tədbirlər, o cümlədən arzuedilməz şəxslər siyahısına daxil etmək kimi tədbirlər görülür”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın