Şənbə , May 25 2019
Ana səhifə / Siyasət / Rus milyarder Azərbaycanın “qara siyahı”sına salınacaq – XİN-dən açıqlama

Rus milyarder Azərbaycanın “qara siyahı”sına salınacaq – XİN-dən açıqlama

 

Azərbaycan Xarici İşlər Nazirliyi rusiyalı milyonçu German Lvoviç Sterliqovun qanunsuz şəkildə Azərbaycanın işğal olunmuş ərazisinə gedərək orada məskunlaşmasına münasibət bildirib.
XİN mətbuat katibi Hikmət Hacıyev açıqlamasında, German Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşması faktının hal-hazırda araşdırıldığını bildirdi:
“Bu şəxs qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib və “Dövlət sərhədi haqqında” qanunu pozub: “Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı “arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək”.
Müstəqil Rusiyanın ilk milyonçularından olan qatı rus millətçisi və monarxist German Sterliqov ölkəsini tərk edərək Dağlıq Qarabağa gedib. O, bütün əmlakını satıb və ailəsini də özü ilə aparıb. O, yəqin ki, Qarabağı Rusiya ərazisi saydığından ora köçüb. Bu cür imperialist düşüncələrlə o, 2004-cü ildə Rusiya prezidentliyinə namizəd olub. Onun Rusiyada məhkəmə təqibibndən qaçdığı da deyilir.
Qerman Sterliqov Vkontakte səhifəsində tərk etdiyi evin şəkillərini yerləşdirib.
Sahibkar gedərkən öz köməkçisinə Slobodadakı fermasındakı mal-qarasını, atlarını, avtoparkını satmağı tapışırıb.
“O, iyulun 4-də Dağlıq Qarabağa gedib. Nə vaxt qayıdacağı bilinmir, amma o, mütləq qayıdacaq. Onun getmək üçün ciddi səbəbləri var idi. Bu, cinayətkarlar deyil, daha yüksək təbəqədir”, – deyə köməkçisi Polina Sirota rus mətbuatına bildirib.
Vəkili Artur Ayrapetov biznesmen German Sterliqovun Dağlıq Qarabağa köçməsini təsdiq edib. Ayrapetov biznesmenin bütün ailəsi ilə bərabər getdiyini qeyd edib. O, biznesmenin gedişinin nəylə bağlı olduğunu tam izah edə bilməyib: “Dağlıq Qarabağda indi kifayət qədər günəşli, gözəl, yaxşı, ekoloji təmiz hava var. Bütün bunlar haqqında German Lıvoviç uzun müddət arzu edib və indi burada o tam istirahətdədir. Buna görə, mümkündür ki, bura onun xoşuna gələcək və hansısa bir vaxt ərzində o Qarabağda qalacaq. Hazırda o ikinci qəsəbənin tikintisi üçün yer axtarır, amma artıq Qarabağda. Burada onun kifayət qədər çox yaxşı və maraqlı tanışları, nüfuzlu insanlar var. Amma düşünmürəm ki, o həmişəlik orada qalmayacaq. German Lıvoviç geri qayıdacaq”.
Vəkil mətbuatın Sterliqovla bağlı BORN millətçilərinin işi ilə əlaqədar ola biləcək fərziyyələri belə şərh edib: “Yəqin Germanda Rusiyanı tərk etmək üçün hansısa kifayət qədər ciddi motivlər olub. Təkcə bunda sizi inandıra bilərəm ki, bu, onun BORN işi üzrə soyadının hallanması ilə bağlı deyil. Məhkəmə prosesində onun soyadı xırda epizodlardan birində hallanıb. Bu işə onun dəxli yoxdur. Və ümumiyyətlə mənə elə gəlir ki, bu tam böhtandır. Düşünürəm ki, bunu hansısa bir siyasi güclər öz hədəfləri üçün istifadə edir”(ANS).

Həmçinin oxuyun

“1990-cı illərdəki xəyanətlərin üstü açılmayacaq hələlik…”

Bu yaxınlarda keçmiş müdafiə naziri Rəhim Qazıyev verdiyi müsahibədə eks-prezident Ayaz Mütəllibov, eks-spikerlər Yaqub Məmmədov, İsa …

Bir cavab yazın