Bazar , Oktyabr 2 2022
Ana səhifə / Siyasət / “Rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq” – Araz Əlizadə

“Rus dilinə qadağa qoysaq, çevrilib Ukrayna olacağıq” – Araz Əlizadə

“Bəziləri tövsiyə edir ki, ictimai yerlərdə rus dilində danışılmasın, buna qadağa qoyulsun. Xeyr. Çox axmaq, səfeh fikirdir. İnsan hansı dildə istəyir, o dildə də danışır. Buna qadağa qoymaq lazım deyil. Qadağa qoysaq, çevrilib Ukrayna olacağıq. İstəmirəm ki, Azərbaycan Ukraynaya çevrilsin”.

Bu fikirləri Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə deyib.

A.Əlizadə uşaq bağçalarında Azərbaycan bölmələrinin sayının azalmasına, hətta bəzi bağçalarda bu bölmənin olmamasına da münasibət bildirib: “Bunun üçün uşaq bağçalarında və məktəblərdə Azərbaycan bölmələrində təhsilin səviyyəsini artırmaq lazımdır. Azərbaycan bölmələrində təhsil zəifdir. Təəssüf ki, ona görə də valideynlər uşaqlarını rus bölməsinə verirlər”.Pravda.az

Həmçinin oxuyun

Azərbaycanı təslimçiliyə çəkən kimlərdir?

Yenə də bir qrup şəxs “sarı simə” toxunub, “yurdda sülh, cahanda sülh” yalanı ilə insanları …