Cümə axşamı , May 23 2019
Ana səhifə / Siyasət / Rus bölməsində “Azərbaycan dili” imtahanı – 800 ABİTURİYENT gəlmədi , 50 faiz  “2” aldı

Rus bölməsində “Azərbaycan dili” imtahanı – 800 ABİTURİYENT gəlmədi , 50 faiz  “2” aldı

Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün «Azərbaycan dili» fənnindən keçirilmiş imtahanın nəticələri açıqlanıb.

Virtualaz.org Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən bildirir ki, imtahan nəticələri Komissiyanın internet saytında yerləşdirilib.

İmtahanda iştirakı nəzərdə tutulan 1782 abituriyentdən 783 nəfəri imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda iştirak etmiş 998 abituriyentdən 494 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək «məqbul» qiymət alıb. «Azərbaycan dili» fənnindən məqbul almayan rus bölməsinin abituriyentləri 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Həmçinin oxuyun

Gürcüstan XİN Azərbaycanla sərhəd məsələsi üzrə danışıqlar barədə

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə …

Bir cavab yazın