Bazar , Avqust 18 2019
Ana səhifə / Siyasət / Rüfət Səfərov mediaya açıqlama verməyəcək

Rüfət Səfərov mediaya açıqlama verməyəcək

Bəhruz Bayramov: “Qərar gözlənilməz olsa da, təqdirəlayiq haldır”

“Ədalət bərqərar oldu”. Bunu musavat.com-a açıqlamasında bu dəqiqələrdə həbsdən azadlığa buraxılmış keçmiş müstəntiq Rüfət Səfərovun vəkili Bəhruz Bayramov dedi. Onun sözlərinə görə, qərar onlar üçün gözlənilməz olduğu qədər də sevindirici olub. Müsahibimiz dedi ki, Binəqədi rayon məhkəməsi onların vəsatətini təmin edərək R.Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib: “Bu gün saat 4-də də həbs qətimkan tədbiri ilə bağlı verilmiş qərardan apellyasiya şikayətimiz əsasında Apelyasiya Məhkəməsində proses olmalıydı. Yaxşı ki, Binəqədi rayon Məhkəməsindəki prosesdə məsələ həll olundu və digər prosesə ehtiyac qalmadı. Bu, bizimçün gözlənilməz olsa da, təqdirəlayiq haldır. Prosessual məcəllənin tələblərinə riayət olundu”. 
B.Bayramov R.Səfərovun onunla birgə olduğunu desə də, bundan sonra mediaya danışmayacağını vurğuladı: “Bilirsiniz ki, Rüfət Səfərov ağır maddə ilə ittiham olunub və hazırda təqdirləndirilən şəxs statusundadı, ev dustağıdır. Bu baxımdan onun mediaya danışmasını məqbul hesab etmirik”.
Vəkil dedi ki, cinayət işinin istintaqının gözləyirlər. Onun sözlərinə görə, mövqelərini ortaya qoyacaqlar və R.Səfərovun bəraət alması üçün hüquq müstəvisində mübarizələrini davam etdirəcəklər: “Bu məsələ qurtarandan sonra Rüfət Səfərov gələcək planları barədə danışacaq. İndiki mərhələdə isə hər hansı açıqlama verməsi statusuna görə uyğun deyil”. 
Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib.
Məhkəmənin qərarına əsasən R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
musavat.com

Həmçinin oxuyun

“Hakimiyyəti Heydər Əliyevə yalvarıb verdilər” – Əkrəm Əylisli

“Hərdən danışarlar ki, icra başçıları camaatın başına nə oyunlar açırlar. Başqa hadisələr də eşidirəm. Və …

Bir cavab yazın