Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayevin oğlundan yeni təyinat

Rövnəq Abdullayevin oğlundan yeni təyinat

Bu gün Bayıl stadionunda “Səbail” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. 

” Azinforum.az ” “Report”a istinadən xəbər verir ki, Müşahidə Şurasının sədri Rəşad Abdullayev “Səbail”in I Divizionda çıxışının ilk ilində 2-ci yeri tutmasını qənaətbəxş nəticə kimi dəyərləndirib.

O, klubun məşqçi, futbolçu və inzibati heyətinin, həmçinin Müşahidə Şurası üzvlərinin bu uğurda pay sahibi olduğunu deyib, hər birinə təşəkkür edib. R.Abdullayev bildirib ki, klubun icraçı direktoru Yusif Həsənov şəxsi işləri səbəbindən klubdakı fəaliyyətinə son qoymaq istəyi ilə Müşahidə Şurasına müraciət edib. Y.Həsənovun xahişi müsbət dəyərləndirilib. “Səbail”in inkişafı naminə görülən işlərlə əlaqədar Yusif Həsənova təşəkkürünü bildirən R.Abdullayev onu xüsusi diplomla təltif edib. Y.Həsənov mövsüm ərzində klubda görülən işlər barədə qısa məlumat verib və hər bir əməkdaşa minnətdarlığını bildirib.

Daha sonra R.Abdullayev qeyd edib ki, Müşahidə Şurasının qərarına əsasən, “Səbail”in icraçı direktoru vəzifəsinə bu günə qədər şuranın üzvü kimi fəaliyyət göstərmiş Ramin Həsənov təyin olunub. R.Həsənov göstərilən etimadı doğrultmağa çalışacağını deyib.
R.Abdullayev “Səbail” Futbol Klubunun Müşahidə Şurasının sədri kimi fəaliyyətini başa vurduğunu açıqlayıb və kluba gələcək fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın