Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev işçilərinə “NAZ-Lifan” maşınları sifariş verdi – Zavoddan açıqlama

Rövnəq Abdullayev işçilərinə “NAZ-Lifan” maşınları sifariş verdi – Zavoddan açıqlama

Naxçıvan Avtomobil Zavodunun (NAZ) nümayəndə heyəti fevral ayının 15-16-da Çinə səfərə edəcək.

Bu haqda Modern.az saytına zavodun direktoru Musa Abdullayev məlumat verib.

O qeyd edib ki, Azərbaycanı təmsil edəcək 10 nəfərlik nümayəndə heyətinin tərkibinə zavod rəsmiləri, ayrı-ayrı mütəxəssislər daxil edilib: “Səfərdə məqsəd qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminatdır. Bu baxımdan geniş, əhatəli görüş gözlənilir”.

M.Abdullayev deyib ki, dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən “NAZ-Lifan” avtomobillərinin alınması üçün sifarişlər daxil olmaqdadır:

“Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dan sonra, Dövlət Neft Şirkəti, “Cahan Holding” tərəfindən də avtomobillərimiz alınıb. Sifarişlər çoxdur, yaxın vaxtlarda icrasına başlayacağıq”. 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın