Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev İraqdadır – (Foto)

Rövnəq Abdullayev İraqdadır – (Foto)

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İraqın paytaxtı Bağdad şəhərində səfərdə olub.

Virtualaz.org SOCAR-ın saytına istinadən bildirir ki, səfər çərçivəsində R.Abdullayevlə İraqın neft naziri Adil əbd əl-Məhdi arasında görüş keçirilib. İraqın dövlət neft strukturları rəhbərlərinin də iştirak etdiyi görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlığının tarixi kökləri haqqında danışılıb. Vaxtilə İraq üçün neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması qeyd olunub.

R. Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini söyləyib. O, regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda SOCAR-ın rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında ətraflı məlumat verib.

A. əl-Məhdi öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEK-dəki fəaliyyəti haqqında məlumat verib.

Görüşdə neft və qaz sahəsində Azərbaycanla İraq arasında mümkün əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub. R. Abdullayev İraqın neft nazirini Azərbaycana səfərə dəvət edib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın