Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Siyasət / Rövnəq Abdullayev Füzuli Ələkbərovun borclarını bağladı? – “Gedənin dalınca danışmazlar”

Rövnəq Abdullayev Füzuli Ələkbərovun borclarını bağladı? – “Gedənin dalınca danışmazlar”

Son vaxtlar Azərbaycan Cüdo Federasiyasının qazandığı uğurlar göz önündədir. 2 ildir ki, federasiyada ciddi şəkildə dəyişiklik var desək yanılmarıq. Yeni rəhbərlikdən sonra…

Xatırlatma…

Bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan Respublikasının keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov ACF-nin rəhbərliyini tərk edən zaman cüdoçulara və qurum üzvlərinə borclu qalmışdı. Uzun müddət cüdoçularımız F.Ələkbərovdan öz maaşlarını ala bilməmişdilər.

Rövnəq Abdullayev F.Ələkbərovu əvəzlədikdən sonra bu borcların onun tərəfindən ödəlicəyi də gəzən söz-söhbətlər arasında idi.

ACF-nin mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu qurumun və cüdoçuların hazırki durumu ilə Unikal.org-a danışıb, borclar məsələsinə də toxunub.

Müsahibimiz bundan əlavə ötən il komandanın baş məşqçisi olmuş, Zeyzenbaxerin postuna qayıtmasına da münasibət bildirib.

Qeyd edək ki, Zeyzenbaxerin pedofillikdə günahlandırılaraq ölkəsi Xorvatiyada ötən ildən davam edən məhkəmə prosesinin bitmək üzrə olduğu deyilir.

– Elnur bəy, cüdo millimizin hazırki durumu necədir?

– Əla… Hazırda millimizin aparıcı üzvləri Yaponiyada təlim məşq toplanışındadır. Bir neçə cüdoçumuz isə Meksikada Qran Pri yarışında…

– Komandaya yeni idmançılar cəlb olunub? Gənc cüdoçulara da millidə şans verilib?

– Əlbəttə… Bizim əsas komandanın üzvləri də elə gənclərdir. Hidayət Heydərov, Orxan Səfərov, Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Tural Səfquliyevin yaşı hələ onlara daha 3-4 olimpiada yarışmağa imkan verir. Rəqabət çox güclüdür. Bu il elə gənclərmizin və yeniyetmələrimizin beynəlxalq yarışlardakı uğurları buna əyani sübutdur.

– Milliyə yeni baş məşqçinin gətiləcəyi, Fərhad Məmmədovun böyük məşqçi postuna qayıdacağı iddia edilir. Doğrudan belədir? Bəs yeni çalışdırıcı yenə əcnəbi olacaq? Məhkəmə prosesinin bitdiyi deyilən xorvatiyalı Zeyzenbaxerin də yenidən postuna qaytarıla biləcəyi də deyilir.

– Ola bilsin futbolda belə şaiyə dolu məlumatlar ayaq açıb yeriyir? Amma digər idman növlərində belə deyil. Jurnalist həmkarlardan da xahiş edirəm ki, belə “düzgün” informasiyalara inanmasınlar. Hazırda cüdo üzrə milli komandamızın baş məşqçisi Fərhad Məmmədovdur və cüdoçularımız onun rəhbərliyi altında Budapeştdə keçiriləcək dünya çempionatına hazırlaşırlar.

– Bəs yığmamızda hansı çəki dərəcəsi üçün “milliləşmə” nəzərdə tutulub?

– Kişilərin komandasında belə hal gözlənilmir. Qadınlarda isə İslam Oyunlarında gördüyünüz heyətdir…

– Monqol xanımların millimizə gətirilməsi müzakirələrə yol açdı. Seçim niyə Monqolustandan oldu? Daha “ucuz”u onlar idi?

– Bizdə bu işlə məşğul olan mütəxəssislər var. Monqolustan eyni zamanda cüdo məktəbi özündən çox söz etdirib. Millimizə cəlb olunan qızlar da çox gəncdir. Onların uğurları hələ irəlidədir.

– İslamiadadakı çıxışlardan sonra federasiya rəhbərliyinin də (Rövnəq müəllimin) medal qazanan cüdoçulara pul mükafatı verəcəyi söylənilirdi. Mükafatların hamısı öz sahiblərinə çatdımı?

– Hazırki rəhbərliyimiz harada və kimə hansı sözü verirsə, onu da tutur. Çünki, sözlərinin sahibidirlər.

– 2 ilə yaxındır Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidentidir. Məlumdur ki, ondan öncəki rəhbər Fizulu Ələkbərovun millimizin üzvlərindən tutumuş, federasiyada çalışanların hər birinə borclu qalmışdı. Bu borclar hazırki rəhbərlik tərəfindən ödənilib?

– Keçmiş rəhbərlik haqqında indiyə kimi bir dənə də olsun mənfi fikir səsləndirməmişik və etmərik də. Gedənin dalınca danışmazlar. Bizim heç kimə borcumuz yoxdur.

– Füzuli Ələkbərovun vaxtında millidə baş məşqçi kimi çalışmış, hər bir cüdoçunun narazı qaldığı Hacıağa Hacıəhmədovun federasiya ilə münasibətləri necədir? O da uzaqlaşdırılanlar sırasındadır?

– Hazırda Azərbaycan cüdosunun bütün öndə gedən isimləri federasiya tərəfindən işlə təmin olunub. Bütün mütəxəssislər komitələrdə yer alıblar. Əvvəlki rəhbərlik vaxtı federasiyada çalışan adi işçi də hazırda işinin başındadı. Öz istəyilə kim gedibsə, biz nə edə bilərik? Hacı müəllim də hazırda federasiyada Məşqçilər Komitəsinin sədri vəzifəsində çalışır.

– Dünya və Avropa çempionu Elxan Məmmədovun idmançı kimi karyerasını başa vuracağı ilə bağlı söz-söhbətlər gəzir. Ümumiyyətlə hazırda millinin tərkibində belə bir qərar verən cüdoçu var?

– Elxan Məmmədov 2 ay əvvəl Avropa çempionu oldu. Maşallah div kimidir. Siz belə idmançını yola salarsınız? (red-gülür) Səylə dünya çempionatına hazırlaşır. Karyerası haqqında yalnız özü qərar verə bilər. Federasiya rəhbərliyimizin işi göz qabağındadır. İşimizə beynəlxalq cüdo təşkilatları yüksək qiymət verir. İdmançılarımız da bütün beynəlxalq yarışlarda əla nəticələr göstərirlər. Rövnəq müəllim daima cüdoçularımızla maraqlanır, onlarla tez-tez görüşür. Bütün yarışlarda təmsil olunuruq, ən ali təlim məşq proseslərində iştirak edirik. Vitse-prezident Sadıq Sadıqov idman adamıdı. Ən incə məsələnin həlli yolunu çox yaxşı bilir.

dia.az

Həmçinin oxuyun

Gürcüstanın parlament komitəsində Keşikçidağla bağlı qapalı dinləmənin keçirilməsi tələb olunur

Gürcüstan parlamentinin Diaspor və Qafqaz məsələləri üzrə komitəsində Azərbaycanla sərhəddə yerləşən Keşikçi dağı Məbəd-Kompleksi ilə …

Bir cavab yazın