Şənbə , Yanvar 16 2021
Ana səhifə / Siyasət / Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi

Roma Papası Fransisk son günlər Ermənistan və Azərbaycan sərhədində yaranan gərginliklə bağlı narahatlığını ifadə edib.

Papa Fransisk bununla əlaqədar hər iki ölkəyə çağırış edib: “Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm”.Roma Papası döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini deyib və ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər.

Həmçinin oxuyun

“Şuşada təmir etdiyim evdə yaşaya bilmədim” – Erməni qadından Arayikə etiraz

Azərbaycanın tarixi şəhəri olan Şuşada vaxtilə qanunsuz məskunlaşdırılmış ermənilərdən biri separatçıların lideri Arayik Arutyunyana üsyan …