Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Roma Papası: “Allah özü Azərbaycana yar olsun”

Roma Papası: “Allah özü Azərbaycana yar olsun”

“Allah özü Ermənistan, Gürcüstan və Azərbaycana yar olsun və bu ölkələrdə yaşayan xalqları müşayiət etsin”.

“Vatikan radiosu” xəbər verir ki, bunu Papa Fransisk Qafqaza səfəri barədə ətraflı danışdığı ümumi qəbul zamanı deyib.

Papa bildirib ki, Gürcüstan və Azərbaycana səfər, Ermənistana səfərin davamı idi. Beləliklə, Müqəddəs Ataya orada mövcud olan Katolik Kilsəsini möhkəmləndirmək və oradakı xalqları sülh və qardaşlığa yönəltmək üçün bu üç Qafqaz ölkəsinə səfər etmək müyəssər olub.

Papa əlavə edib ki, həm Gürcüstan, həm də Azərbaycan qədim dini-mədəni köklərə malikdir, lakin eyni zamanda onlar yeni mərhələ yaşayırlar. Bu il onların hər ikisi uzun sürən Sovet rejimindən sonra müstəqilliklərinin 25 illiyini qeyd edirlər.

“Katolik Kilsəsi, iştirak etmək, yanında olmaq üçün mövcuddur, xüsusilə də, xeyriyyəçilik və insani inkişaf əlaməti olaraq və o bunu digər kilsə və xristian icmaları ilə, digər dinlərlə dialoq şəraitində etməyə çalışır. Çünki “Allahın hamının atası olduğuna”, bizlərin isə qardaş və bacı olduğuna şübhə ilə yanaşmır”, – deyə o bildirib.

*   *   *22:12

Dağlıq Qarabağ münaqişəsinin həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır. “RİA Novosti” xəbər verir ki, bu barədə Roma Papası Fransisk Qafqaz regionuna səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu tərəflər arasında beynəlxalq normalar çərçivəsində sülh danışıqlarının aparılmasıdır. Digər yol müharibədir, müharibə isə həmişə dağıntılara səbəb olur, şəhərlər və kəndlər xarabalığa çevrilir. Münaqişəsinin hərbi yolla həlli yoxdur. Sülh üçün dua etmək lazımdır”, – Roma Papası bildirib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın