Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Siyasət / Rektorun qarajını sökdülər – Nazirliyi məhkəməyə verdi

Rektorun qarajını sökdülər – Nazirliyi məhkəməyə verdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona məxsus qarajın sökülməsinə görə kompensasiyanın ödənilməməsi ilə bağlı məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Nail Bayramov adlı şəxslə birgə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıran rektor Maliyyə Nazirliyini də prosesə üçüncü şəxs qismində cəlb edib.

İddiaçılar icra hakimiyyətindən sökdükləri qarajın pulunu tələb ediblər. Bu il fevralın 3-də 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iş üzrə qərar çıxarılıb və M.Babanlının iddiası rədd edilib.

Maliyyə Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyəti qərardan apellyasiya şikayəti veriblər. İş icraata götürülüb və proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə bu gün (4 aprel 2017) davam etdiriləcək.

Həmçinin oxuyun

Ermənistan XİN:”Dilqəm və Şahbaz girovluqdan azad edilə bilər”

Ermənistanın xarici işlər naziri Zöhrab Mnasaknyan Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsində ölkəsinin müdafiə naziri …

Bir cavab yazın