Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Rektorluqdan özüm imtina etmişəm” – Rektor-deputat

“Rektorluqdan özüm imtina etmişəm” – Rektor-deputat

“Rektorluqdan imtina edib, deputat olaraq namizədliyimin irəli sürülməsini özüm istəmişəm”.
Bunu AzNews.az-a açıqlamasında Müəllimlər İnstitutunun rəhbəri Aqiyə Naxçıvanlı deyib. A.Naxçıvanlı iki vəzifənin ağırlıq etdiyini düşünür: “İşlədiyim dövrdə hər iki vəzifəni layiqincə yerinə yetirmişəm. Amma hiss etmişəm ki, rektorluq məsuliyyətim deputatlıqdan bir az üstün olub. Yəni deputatlığa az fikir vermişəm. 10 ildir ki, rektor işləyirəm. Hesab edirəm ki, artıq rektor kimi öz sözümü deyə bilmişəm, indi də deputat olaraq fəaliyyət göstərim. Ümumiyyətlə, rektorluqdan getməyim nə mənim, nə rəhbərlik etdiyim kollektivim, nə də tələbələrim mənim üçün çətin olacaq. Hər zaman müxtəlif yerlərdə işləməyə öyrəşmişəm. Bu səbəbdən heç bir çətinlik və ya problem olmayacaq. Ölkəmizdə kollektivə rəhbərlik edə biləcək kifayət qədər elmli, təcrübəli və savadlı şəxslər var”.
Rektor qeyd edib ki, bu ilki seçkilərdə də deputat olaraq seçiləcəyinə ümid edir: “Seçilməyimi gözləyirəm. Çünki mənim sosial bazam kifayət qədərdir. Mən namizədliyimi verdiyim rayonda uşaqlıqdan işləyirəm. Belə ki, həmin rayonda uzun müddət Komsomol Komitəsinin birinci katibi işləmişəm. Həmçinin rayonda gənclərə rəhbərlik etmişəm. Atam və anam orada dərs deyiblər, əməkdar müəllim olublar. Hazırda qardaş və bacılarım orada işləyir.
Ümid edirəm ki, mənim öz rayonumun əhalisi yenə də mənə etimad göstərəcək”.
Qeyd edək ki, Aqiyə Naxçıvanlı 2010-cü ildə keçirilən parlament seçkisində Yeni Azərbaycan Partiyasının namizədi kimi 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputat seçilib. Bu il də YAP-ın A.Naxçıvanlının namizədliyini eyni dairədən irəli sürülüb.
Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov dünən mətbuata açıqlamasında bildirib ki, rektor deputatlar qarşısında şərt qoyulub: ya rektorluq, ya da deputatlıq: “Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın