Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rektor tələbələrdən nə üçün “dollar ərzəsi” tələb edir?

Rektor tələbələrdən nə üçün “dollar ərzəsi” tələb edir?

Bakı Qızlar Universitetində tələbə etirazları gözlənilir.Azinforum.az-ın VİZUAL.az-a istinadən verdiyi məlumatlara görə, ali məktəbin rəhbərliyi tələbələr qarşısında ağır şərtlər qoyub. Manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunub.

Hətta tələbələrə bu əmri yerinə yetirmək üçün məcburi ərizə yazdırılması haqda xəbərlər gəlməkdədir. Məlumatda bildirilir ki, əksər tələbələr bu tələbə etiraz edir və aksiyalar gözlənilir.

Təhsil ocağının rəhbərliyi isə qanunazidd addım ataraq öz maraqları naminə tələbələrə məcburi ərizə yazdırmağı təlimat verib. Prorektorlar və dekanlar isə rektor Ağarəhim Rəhimovun sifarişini icra edirlər.

Məlumatda qeyd olunub ki, heç bir dövlət təhsil müəssisəsi bu addımı atmayıb. Qızlar universitetinin kişi rektoru isə hansı dayaqlarına arxalanıbsa, belə ürəkli addım atıb. Dövlət başçısı çıxışında süni bahalaşmaya gedənlərin və özbaşınalıq edənlərin cəzasını alacağını açıqlayıb. Rektor isə ölkə başçısının xəbərdarlığına məhəl qoymadan qanunsuzluğa yol verir.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın