Ana səhifə / Siyasət / Rektor qızını döyən şəxs azadlıqda – Video/Foto

Rektor qızını döyən şəxs azadlıqda – Video/Foto

Rektor qızını döyən şəxsin azadlığa çıxdığı xəbəri yayılıb.

Axar.az-a daxil olan məlumatda deyilir ki, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının övladı Ülkər İsayevanı martın 8-dən 9-na keçən gecə, saat 4 radələrində küçənin ortasındaca döyən qardaşlardan biri – Zaur Məmmədov barəsində seçilən 2 aylıq həbs qətimkan tədbirinin müddəti başa çatıb.   Martın 18-də həbs edilən Z.Məmmədovun azadlığa buraxıldığı, zərərçəkmişin isə şikayətini geri götürdüyü bildirilir. Məlumatda işin məhkəməyə göndərilmək üçün hazır olduğu və rektor qızını döyənin bundan sonrakı cəzasını cərimə ödəməklə başa vuracağı da qeyd olunub.
Bildirilir ki, tərəflər məsələni öz aralarında danışıq yolu ilə həll etmək qərarına gəlib və ona görə də istintaq Z.Məmmədovun həbs müddətinin uzadılması barədə məhkəməyə təkrar müraciət etməyib. Ü.İsayeva isə atasının rəhbəri olduğu ali məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Zaurun azad edildiyi xəbərini vəkili ilə dəqiqləşdirmək üçün əlaqə saxladıq. A.Məmmədov Axar.az-a bu mövzuda danışmaq istəmədiyini, məsələnin artıq bağlandığını bildirdi.
Ü.İsayeva martın 8-dən 9-na keçən gecə tanışları – Zaur və Elin Məmmədov qardaşları tərəfindən ictimai yerdə zorakılığa məruz qalıb. Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Rektor qızı video-görüntüdə özü olduğunu təsdiqləyib. H.İsaxanlı isə kadrlarda Katya adlı bir qızın olduğunu iddia edib. Ülkərlə Zaur arasında sevgi münasibətləri olduğu da mətbuatda xəbərlər arasında yer alıb.   Ü.İsayevanın yaxın rəfiqəsi hadisənin səbəblərini belə şərh etmişdi: “Həmin gün Ulya 8 martı sevgilisi Zaur Məmmədovla qeyd edirdi. Gecə klubunda başqaları da var idi. Eyni zamanda Elin. Əvvəlcə hər şey çox yaxşı idi. Səhərə qədər əylənmək istəyirdilər.
Amma sonra vəziyyət dəyişdi. Mən bildiyimə görə, Ülkər ilə başqa bir oğlan barəsində xəbər çıxıb. Lakin özü bunu boynuna almır. Onlar Zaurla uzun müddətdir sevgilidirlər. Və Zaurgilin necə əsəbi, özündən tez çıxan olduğunu bilənlər çoxdur”.
Onu da deyək ki, qardaşlar əkizdirlər və hazırda Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı – Muxtar Məmmədovun övladlarıdır. Muxtar Məmmədovun özü 1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilən, əslən balakənli Əli Ansuxskinin şəriki olub. Eyni zamanda, Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddiaları var.
Xatırladaq ki, Ü.İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. Ülkər İsayeva Tərlan Əhmədzadəninnın oğlu Aydınla ailə qurub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Bu nikahdan onların bir qız övladı var. Məlum hadisədən sonra onların toyundan kadrlar da yayılıb.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın