Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Siyasət / “Reket jurnalistlər bizi biabır edir” – deputat

“Reket jurnalistlər bizi biabır edir” – deputat

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə akkreditasiyadan keçmiş bəzi parlament müxbirlərinin qeydiyyatının ləğvini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb millət vəkilinin çıxışlarının təhrif olunmasıdır. O qeyd edib ki, ötən dəfə iclasların birində Milli Məclisin işçilərinin əmək haqqının 3 faiz həcmində artırılmasını deyib: “Buradakı bəzi jurnalistər isə elə təqdim etdilər ki, guya, mən deputatların maaş davasını edirəm. Əslində, maaş artırılmalıdır.

Amma hesab edirəm ki, bu məsələ başqa tərəfə yozulmamalı idi. Bizi mediada bəzi reket jurnalistlər biabır edirlər. Demədiyimiz şeyləri tamamilə təhrif edirlər. Mən bu barədə mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə danışmışam və onlar barəsində müəyyən ölçülər götürüb akkreditasiyalarının ləğv edilməsini istəmişəm”.

Həmçinin oxuyun

Sülh danışıqları yenidən başladı: Blinken Əliyev və Paşinyana zəng etdi

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Bu barədə ABŞ Dövlət …