Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Siyasət / “Referendum ölkədə yeni gənclər siyasəti üçün zəmin yaradacaq” – Hüquq müdafiəçisi

“Referendum ölkədə yeni gənclər siyasəti üçün zəmin yaradacaq” – Hüquq müdafiəçisi

Əhməd Şahidov: “Konstitusiyaya təklif edilən mühüm düzəlişlərdən biri də gənclərin seçkili orqanlarda təmsil olunmasına hesablanıb”

“26 Sentyabr tarixinə təyin edilmiş Ümumxalq səsverməsi – Referendum Azərbaycanda yeni dövrün başlanğıcı olacaq. Konstitusiyada nəzərdə tutulan 29 adda əlavə və düzəliş həyatın bütün sahələri üzrə mühüm dəyişiklikləri özündə ehtiva edir. Bucür mühüm düzəlişlərdən biri də gənclər üçün nəzərdə tutulub.” – bu sözləri hüquq müdafiəçisi Əhməd Şahidov Referendumun əhəmiyyəti barədə danışarkən deyib.

Əhməd Şahidovun sözlərinə görə, Konstitusiyanın 85-ci maddəsi ilə bağlı nəzərdə tutulan düzəliş 18 yaşı tamam olmuş gənclərin Milli Məclisdə təmsil olunmasına imkan yaradacaq: “Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər” adlanan bu maddədə nəzərdə tutulan 25 yaş həddi aradan götürülür. Bu, o deməkdir ki, seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Konstitusiyaya təklif edilən bu düzəlişə HƏ deməklə, ölkədə yeni gənclər siyasəti üçün zəmin yaranmış olacaq. Bugün Azərbaycan gəncliyi kifayət qədər intellektual, savadlı, vətənpərvər və prinsipialdır. Həmin gənclərin Milli Məclisdə təmsil olunması Azərbaycan dövlətini daha çevik, dinamik və müasir edəcək. Düşünürəm ki, bu dəyişiklik xüsusən də gənclərimiz üçün arzuolunandır”.

Həmçinin oxuyun

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin …

Bir cavab yazın