Şənbə , May 21 2022
Ana səhifə / Siyasət / REAL sədrindən Qubad İbadoğluya qəribə cavab

REAL sədrindən Qubad İbadoğluya qəribə cavab

REAL sədri İlqar Məmmədov iqtisadçı alim Qubad İbadoğlunun debat çağırışına cavab verib.
Sədr debatlarda iştirakının Partiyanın Siyasi Komitəsi tərəfindən tənzimləndiyini bildirib.
Bundan əlavə, İlqar Məmmədov qeyd edib ki, onunla debata çıxan şəxs YAP-da yüksək vəzifədə olmalı, ya da prezidentliyə namizədliyini irəli sürəcəyini bəyan etməlidir:
“Hər hansı debatda iştirakımı Siyasi Komitə tənzimləyir. Meyarlar var. Məsələn, qarşı tərəf hakim partiyadandırsa, o, YAP-da çox yüksək vəzifə tutmalı, ya da ən azı Milli Məclisin komitə sədri olmalıdır. Digər partiyadandırsa, İlham Əliyevin prezidentliyinə qarşı partiya sədri kimi özünün prezidentliyə namizəd olacağını bəyan etməlidir – çünki mən bunu artıq etmişəm. Debat internetdə yox, studiyada olmalıdır. Seçki ərəfəsində nadir istisnalar mümkündür”.Qeyd edək ki, iqtisadçı alim Qubad İbadoğlu uşaqpulunun verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə görə REAL sədri İlqar Məmmədova sərt cavab verib və onu debata səsləyib.

Həmçinin oxuyun

Cəlal Əliyevlə söhbətimizin tam versiyasını yaymayacağam – VİDEO

Bu günlərdə mərhum akademik Cəlal Əliyevin Heydər Əliyevin Azərbaycana gəlməsi prosesi ilə bağlı açıqlamalarının yayılması ciddi rezonansa …