Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / REAL sədri Ədalət Vəliyevlə görüşündən danışdı

REAL sədri Ədalət Vəliyevlə görüşündən danışdı

Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev REAL partiyasının sədri İlqar Məmmədovla görüş keçirib. 

Bu barədə danışan İlqar Məmmədov bildirib ki, ictimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.

“Ədalət Vəliyevlə daha bir görüşüm oldu. İctimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi etdik. Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik. Ayrıca, Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, REAL partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik”, – deyə REAL sədri sözlərinə əlavə edib.

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …