Çərşənbə axşamı , Noyabr 28 2023
Ana səhifə / Manşet / “Real” Partiyası Saakaşvilinin məğlubiyyətinə sevinir: “Onun qatarı çoxdan gedib…”

“Real” Partiyası Saakaşvilinin məğlubiyyətinə sevinir: “Onun qatarı çoxdan gedib…”

“Real” Partiyasının  funksioneri Natiq Cəfərli Gürcüstanda keçirilən ikinci tur prezident seçkilərinə Tiflis şəhərindən maraqlı münasibət bildirib. Azinforum.az həmin fikirləri təqdim edir:

“Tiflisdəyəm, müxtəlif mənbələrdən məlumatlar eşidirəm, seçki saxtakarlığı ilə bağlı əsas xəbərlər bizimkilərin – azərbaycanlıların yaşadığı bölgələrdən gəlir. Amma total saxtakarlıq yoxdur, bu mümkün də deyil – əgər namizədlər arasında səs fərqi 8-10% civarında olacaqsa, ehtimal edilən saxtakarlıq faktları həlledici olmayacaq. Amma adamı yandıran odur ki, saxtakarlıq etmək istəyənlər pilot bölgə kimi bizimkilərin yaşadığı ərazini seçirlər, ermənilərin kompakt yaşadığı Axalkələkdən belə xəbərlər gəlmir.
O ki qaldı Mişaya, o yaxşı oğlandı, Gürcüstan üçün çox şey edib, amma onun qatarı çoxdan gedib, gürcülər artıq başqa kateqoriyalar ilə düşünürlər, əsl Avropa ölkəsi olmaq yolu ilə gedirlər, şəxslərə deyil də, sistemə inanmağa başlayırlar – əsas olan da budur…”

Azinforum.az

Həmçinin oxuyun

Sülh danışıqları yenidən başladı: Blinken Əliyev və Paşinyana zəng etdi

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.  Bu barədə ABŞ Dövlət …