Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / ReAL-ın İdarə Heyətinin üzvü prokurorluğa çağırıldı

ReAL-ın İdarə Heyətinin üzvü prokurorluğa çağırıldı

ReAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb.

Bu barədə Azər Qasımlı özü bildirib.

Onun yanvarın 28-də istintaq idarəsində olması istənilib.

Azər Qasımlı ötən ilin sentyabr ayında da prokurorluğa çağırılmışdı. Sentyabrdakı çağırış da virtualaz.org saytında yayılmış məqalə ilə bağlı olmuşdu. Həmin məqalədə ReAL-ın ABŞ tərəfindən maliyyələşdirilməsində ittiham olunurdu.

İndiki çağırış da adıçəkilən internet saytında yayılan başqa bir məqalə ilə bağlıdır. ReAL bu dəfə İran-dan maliyyələşmədə ittiham olunub.

Xatırlatma

Yanvarın 27-də virtualaz.org saytında redaktor Eynulla Fətullayevin imzasıyla “İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı” başlıqlı məqalə yayılıb. Məqalədə REAL üzvlərinin İranın Azərbaycandakı səfirliyinin səlahiyyətli şəxsi ilə görüşdüyü deyilirdi.

Yazıda iddia olunurdu ki, görüşdə Hərəkat üzvləri İran səfirliyi və müxalif “milli-demokratlar” arasında vasitəçilik etmək öhdəliyi götürüblər, üstəlik, İrandan ilk maliyyə dəstəyi də alınıb.

“REAL İrana doğru ilk addım atıb və təşkilatın proqram sənədlərində Azərbaycanda islam məsələsi ilə bağlı korrektələr etməyə razılaşıb, habelə öz qapılarını iranyönümlü dini fəallara açmağa hazır olduğunu ifadə edib”, – məqalədə bildirilirdi.

ReAL məqalədə yer alan fikirləri təkzib edib.(azadliq.org)

Həmçinin oxuyun

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına …

Bir cavab yazın