Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Razim Məmmədovun klinikası fəaliyyətini dayandırdı

Razim Məmmədovun klinikası fəaliyyətini dayandırdı

Bu gündən etibarən Sumqayıtda yerləşən ən böyük Tibb Mərkəzlərindən biri – “Real” Tibb Mərkəzi işini dayandırıb.
“Gencaile.az”ın əldə etdiyi məlumata görə, Mərkəz lisenziya problemi ilə bağlı fəaliyyətini dayandırmalı olub.
Məsələ ilə bağlı müəssisənin baş həkimi Vidadi Əzimovla əlaqə saxladıq.
V.Əzimov Mərkəzin fəaliyyətini dayandırması ilə bağlı xəbəri təsdiq etdi: “Bəli, bu gündən etibarən “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir.”
Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi: “Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil”.
Qeyd edək ki, sözügedən klinika Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədova məxsusdur.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın