Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / Razi Nurullayev qalmaqallı təbrikindən danışdı: “Prezidentə yazanda qızdırma içində idim”

Razi Nurullayev qalmaqallı təbrikindən danışdı: “Prezidentə yazanda qızdırma içində idim”

“Xəstəyəm, qızdırma içindəyəm, ola bilsin, mexaniki olaraq səhv yazmışam (Prezident İlham Əliyevə “Facebook” sosial şəbəkəsində yazdığı təbriki nəzərdə tutur – red), amma sonradan düzəltmişəm. Təbrik mətnini yazanda 39 dərəcə qızdırma içindəydim”. 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.

Deputat bildirib ki, belə hallar hər kəsdə ola bilər: “Bu, sadəcə, mexaniki yalnışlıqdır. Bayram bayramdır, əsas odur ki, Cənab Prezidenti təbrik etmişəm”.

Xatırlatma: R.Nurullayev Prezident İlham Əliyevin Qurban bayramı ilə bağlı “Facebook” sosial şəbəkəsindəki paylaşımına təbrik yazıb. O, yanlışlıqla Qurban bayramı əvəzinə, Ramazan bayramını qeyd edib. 

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …